PAOK Bakıya ciddi itkilərlə gələcək

PAOK Bakıya ciddi itkilərlə gələcək
11:47 18 Oktyabr 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Bakıya ciddi itkilərlə gələcək. Fanat.Az xəbər verir ki, Yunanıstan klubunun bir neçə futbolçu ilə bağlı problem yaşanır.


Ölkə çempionatının son turunda "İraklis"lə görüşün 46-cı dəqiqəsində zədə səbəbindən əvəzlənən Stelios Malezasın taleyinə bu gün aydınlıq gələcək. Eyni vaxtda yerini komanda yoldaşına verən Marin Leoviç isə bu gündən məşqlərə qoşulacaq. Zədəsini bərpa edən müdafiəçi Georgios Tzavellas da bu gündən hazırlıqlara start verəcək.


Bundan başqa müdafiəçi Dimitris Ciannulis komandaya qoşulub. Yarımmüdafiəçi Dimitris Pelkasın isə nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.


Qeyd edək ki, oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21.00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-paok-bakya-ciddi-itkilrl-glck-t53423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR