SOCAR 2021-ci ilə qədər bazarda olacaq

SOCAR 2021-ci ilə qədər bazarda olacaq
11:48 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

20 sentyabr - 10 oktyabr tarixlərində satışa çıxarılan SOCAR İstiqrazları üçün verilən sifarişlərin 90%-dən çoxu vətəndaşlara aid olub.

Publika.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Şirkət rəhbəri bildirib ki, 2021-ci ilədək SOCAR bazarda daim tənzimləyici və alıcı qismində iştirak edərək, buraxılan istiqrazları satmaq istəyən investorlardan nominal qiymətdən - 1000 dollardan alacaq: "Bu istiqrazları alan hər bir investor istədiyi vaxt sahibi olduğu istiqrazları sata bilər. Hətta bu gün də istiqrazları sata bilərlər. Bu halda bir günün faizləri belə istiqraz sahiblərinə ödəniləcək".

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/172584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR