Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Toylar kralı”nın işığını kəsdilər

“Toylar kralı”nın işığını kəsdilər

Date: 18 October 2016 11:53

Dünəndən yağan yağış Xalq artisti Səməd Səmədovun avtomobilini suya qərq etməsə də, mənzilini qaranlığa qərq edib.

Publika.az-a açıqlama verən sənətçi dünəndən gah qazın, gah da işığın kəsildiyini deyib:

“Soyuqdan ölürük. Yağış yağan kimi qazı kəsdilər, sonra da işığı. Bir nəfər evdən çıxıb, başqa şəhərə gedir. Hamı ona deyir ki, a kişi niyə yaşadığın yeri tərk edirsən? Cavab verir ki, neyləyim, işığım yanır, sevinirəm, qazım gəlir sevinirəm, a kişi, adam sevinməkdən ölər e. Bu qədər də sevinmək olar? Onun sözü olmasın, biz də o gündəyik, işığımız yananda sevinirik, qazımız gələndə sevincimizdən papağımızı göyə atırıq. Adam sevinməkdən ölər e...”

Cəvahir


Tags:  Toylar kralının işığını kəsdilər

RƏYLƏR


Top news