Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədəbiyyat üzrə son Nobel mükafatçısı yoxa çıxdı

Ədəbiyyat üzrə son Nobel mükafatçısı yoxa çıxdı

Date: 18 October 2016 12:03

Nobel ədəbiyyatı mükafatına layiq görülən məşhur amerikalı musiqiçi Bob Dilan qeybə çəkilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nobel Akademiyası cümə günündən bəri ifaçını axtarmağa və onunla əlaqə saxlamağa çalışsa da, heç bir nəticə əldə edə bilməyib. Bu səbədən də akademiya Nobel ədəbiyyatı mükafatına layiq gördüyü 75 yaşlı ifaçını 10 dekabrda keçirilən Nobel mükafatları gecəsinə dəvət etməkdən vaz keçib.

Akademiyanın Baş Katibi Sara Danius açıqlamasında bildirib ki, artıq onu axtarmırıq: “Ona zəng elədim, elektron poçtuna məktub göndərdim, ən yaxın dostları ilə danışdım. Dostları müsbət cavablar yazdı, ancaq Dilandan cavab ala bilmədim. Artıq bu qədər səy kifayətdir!”

Məlumat üçün bildirək ki, Nobel mükafatlarının təqdim olunma mərasimi dekabrın 10-da İsveçin Stokholm şəhərində keçiriləcək. Dilanın mərasimə qatılıb-qatılmayacağı hələ də məlum deyil. Məşhur musiqiçi bu vaxta qədər mükafatla bağlı heç bir açıqlama da verməyib.

Aytən





Tags:  Ədəbiyyat üzrə son Nobel mükafatçısı yoxa çıxdı

RƏYLƏR


Top news