Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda küçədə huşsuz, çılpaq kişi tapılıb - FOTO

Bakıda küçədə huşsuz, çılpaq kişi tapılıb - FOTO

Date: 18 October 2016 12:05

Bakıda naməlum kişini don vurub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, ötən gecə hüquq-mühafizə orqanının əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsində parkda hələlik adı məlum olmayan, təxminən 30 yaşlı kişiyə rast gəlib. Məlum olub ki, onun paltarları çıxarılaraq yanındakı selofan paketə yığılıb.
Təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsi don vurduğu məlum olub. O, huşunu itirib. Həkimlərin verdiyi məlumata görə, həmin şəxsin vəziyyəti orta ağırdır.
Hüquq-mühafizə orqanının əməkdaşları onun döyüldüyünü ehtimal edirlər.
Şəxsin kimliyinin müəyyənləşdirilməsi,  o cümlədən  hadisənin baş vermə səbəbləri istiqamətində araşdırma aparılır.

Milli.Az





Tags:  Bakıda küçədə huşsuz çılpaq kişi tapılıb FOTO

RƏYLƏR


Top news