Cüdoçularımız mövqelərini yaxşılaşdırdılar

Cüdoçularımız mövqelərini yaxşılaşdırdılar
12:05 18 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yeni siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yığmamızın aparıcı cüdoçularından ikisi mövqeyini yaxşılaşdırıb. Uşanqi Kokauri (+100 kq) 2 rəqibini arxada qoymaqla 20-ci yerə yüksəlibsə, Nicat Şıxəlizadə (66 kq) 8-ci pilləni 7-yə dəyişib.
 
Millimizdə yenə ən yaxşı göstərici Olimpiya mükafatçılarımız Rüstəm Orucovla (73 kq) Elmar Qasımova (100 kq) məxsusdur. Onların hər ikisi öz çəki dərəcələrində birincidir. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar.
 
Həmyerlimizdən Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, hazırda 37-cidir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR