Piramidada sirli otaq tapıldı - FOTO

Piramidada sirli otaq tapıldı - FOTO
12:12 18 Oktyabr 2016
150 Maraqlı
Ölkə mətbuatı
A- A+

Beynəlxalq ScanPyramids layihəsində iştirak edən alimlər Xeopsun piramidasının içində iki anomaliya aşkarlayıblar.

Milli.Az Discovery News-a istinadən bildirir ki, ötən il başlanmış beynəlxalq "ScanPyramids" layihəsi çərçivəsində alimlər qədim Misir piramidalarının daxilinin strukturunun surətlərini çıxarırlar.

Onlar bu piramidaların necə tikildiyini müəyyən etmək üçün onun daxili quruluşunun şəkillərini hazırlayırlar.

Misir, Yaponiya, Fransa və Kanadadan olan arxeoloqların daxil olduğu "ScanPyramids"in yaydığı bəyanata görə, Gizadakı Xeops piramidasının şimal divarının arxasında bir neçə boşluq var: "Güclü myuon radioqrafik vizuallaşma və tomoqrafiya texnologiyasından istifadə etməkldə iki anomal boşluq aşkarladıq. Həmin boşluqlardan birinin dəhliz olduğunu düşünürük", - layihədə çalışan arxeoloq Mehdi Təyyubi deyib.

4500 il yaşı olan Xeops piramidası Misirdəki ən böyük piramidalardan biri sayılır. Firon Xufunun dəfn olunduğu bu piramida min illər boyu dünyanın ən hündür tikilisi idi.

Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/480569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR