Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qazı azaltmaqdansa, pəncərəni açıq saxlayırlar..."

"Qazı azaltmaqdansa, pəncərəni açıq saxlayırlar..."

Date: 18 October 2016 12:17

SOCAR prezidenti Rövnəq Abdullayev bir neçə gündür ki, ölkə ərazisində qazın təzyiqi ilə bağlı yaranan problemə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Abdullayev hər hansı bir problemin olmadığını qeyd edib:

"Azərbaycanda qış rejiminə keçid noyabrın 1-də baş verir. Yayda isə qazın təzyiqi aşağı salınır. Hər il qış rejiminə keçiddə təzyiq 3 dəfə artırılır. İndi bir neçə gündən sonra hava istiləşəcək, temperatur qalxsa da, insanların qaza olan təlabatı qış rejimindəki kimi qalır. İnsanlar qazı azaltmır, əvəzində pəncərəni açıq saxlayırlar. Keçən ildən anbarlarda qaz ehtiyatlarımız var. Qaz təminatında elə bir problemimiz yoxdur".

SOCAR rəhbəri həmçinin qeyd edib ki, 15 gündür ki, Azəriqaz qış rejiminə keçidlə bağlı məsələlərə başlayıb:

"Artıq qurum bir neçə günə qış rejiminə tam hazırlıqlı olacaq".

Milli.Az


Tags:  Qazı azaltmaqdansa pəncərəni açıq saxlayırlar

RƏYLƏR


Top news