Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bacılarından Hadisəyə tərs şillə

Bacılarından Hadisəyə tərs şillə

Date: 18 October 2016 12:18

Hadisənin bacıları onu 250 min avro ziyana salıb və məhkəməlik edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə 4 il əvvəl “DSM” qrup ilə 500 min avroluq reklam müqaviləsi imzalayıb. Lakin Hadisənin bacıları reklam müqaviləsindəki şərtləri pozub. Məsələ ondadır ki, Hadisəyə bir il ərzində hər hansı marka ilə əməkdaşlıq etmək və onun reklamı ilə məşğul olmaq qadağan edib. Hadisənin bacıları Hülya Açıkgöz və stilist Dərya Açıqgöz isə Hadisəni rəqib brendlərdən geyindirib fotolarını şəxsi instaqram səhifəsində paylaşıb. Bu səbəbdən də şirkət İstanbul Fikri və Sənaye Hüquqlar Hüquq Məhkəməsinə müraciət edib və 250 min avroluq təzminat istəyib.

Hadisə isə müqaviləyə zidd olan hər hansı bir iş görmədiyini qeyd edərək şirkətə məhkəməyə müraciət edib.

Məhkəmə şirkətin açdığı 250 min avroluq şikayətini qəbul edərək müğənninin ən yüksək faizi ödənməsinə qərar verib. Məhkəmənin qərarına əsasən, Hadisənin stilist bacısı Dərya Açıqgözün rəqib markaların paltarlarını bacısına geyindirib fotoşəkillərini sosial şəbəkələrdə paylaşması müqaviləyə ziddir. Bunu dəlil sayan məhkəmə “DSM” qrupun haqlı olaraq müqaviləni ləğv etdiyini bildirib.

Aytən


Tags:  Bacılarından Hadisəyə tərs şillə

RƏYLƏR


Top news