Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Hacıqabulda

Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi - Hacıqabulda
12:19 18 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb.

 

Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib.

 

Onlardan 2012-ci il təvəllüdlü Ağamalıyeva Günay, 2002-ci il təvəllüdlü Ağamalıyeva Gülnarə, 1986-cı il təvəllüdlü Ağamalıyeva Türanə, 1958-ci il təvəllüdlü Ağamalıyeva Elmira, 1982-ci il təvəllüdlü Ağamalıyev Emil və 1955-ci il təvəllüdlü Ağamalıyev Məcid dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR