Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Binəqədidə yanan binaya görə təqsirləndirilən şəxs xəstəxanaya köçürüldü

Binəqədidə yanan binaya görə təqsirləndirilən şəxs xəstəxanaya köçürüldü

Date: 18 October 2016 12:22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədidəki 16 mərtəbəli binada baş verən yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zamində olan təqsirləndirilən şəxs Ağacavad Məmmədov iştirak etməyib. Məlum olub ki, A.Məmmədovun səhhəti bir neçə gündür pisləşdiriyindən o, məhkəməyə gələ bilməyib. Vəkilin təqsirləndirilən şəxsin xəstəxanaya köçürülməsi barədə məhkəməyə təqdim etdiyi arayışda qeyd olunub ki, A.Məmmədov xəstəxanada həkim nəzarəti altında saxlanılır. Buna görə də proses oktyabrın 19-na təyin edilib.

İttihama görə, "Qlobal Stone" MMC-nin baş direktoru U.Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri M.Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, "Dərnəgül Boru Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Milli.Az


Tags:  Binəqədidə yanan binaya təqsirləndirilən şəxs xəstəxanaya köçürüldü

RƏYLƏR


Top news