Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: "Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır"

İlham Əliyev: "Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır"

Date: 18 October 2016 12:22

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib.
"Prezident seçkilərinin vaxtını dəyişdirmək niyyətimiz yoxdur. Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyindən xəbərdaram. Amma belə plan yoxdur, heç buna ehtiyac da görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkilərinə hələ iki il vaxt var. İndidən hansısa qərarlar qəbul edib, nəticələrə gəlmək tezdir. İki il sonra da indiki kimi xalqın dəstəyini hiss etsəm, təbii ki, onların ümidlərini doğrultmağa çalışacağam", - deyə, İlham Əliyev "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Tags:  İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılmır

RƏYLƏR


Top news