Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məhkəmə mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin vəsatətini təmin edib

Məhkəmə mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin vəsatətini təmin edib

Date: 18 October 2016 12:22

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkil Vasif Mirzəyev vəsatət verib. O, bir neçə şahidin, o cümlədən Lamiyə, Xatirə adlı şəxslərin, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Hikmət Qasımovun, eləcə də mühafizəçi vəzifəsində çalışan Amil adlı şəxsin məhkəməyə gətirilib dindirilməsini istəyib.
Prokuror isə vəsatət təmin edilməməsini istəyib: "Həmin şəxslərin ifadəsi ilə Mehriban Hüseynovanın ittihamının dəyişdirilməsində heç bir əhəmiyyəti olmayacaq"
Hakimlər yerində müşavirə edərək vəsatəti təmin edib.
Proses oktyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Tags:  Məhkəmə mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin vəsatətini təmin edib

RƏYLƏR


Top news