Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlhamə Quliyevanın köməkçisinin məhkəməsində YENİ ŞAHİDLƏR

İlhamə Quliyevanın köməkçisinin məhkəməsində YENİ ŞAHİDLƏR

Date: 18 October 2016 12:24

Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə vəkil Vasif Mirzəyev vəsatət verib. O bildirib ki, bir neçə şahidinin o cümlədən Lamiyə, Xatirə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı Hikmət Qasımovun, eləcə də mühafizədə çalışan Amil adlı şəxsin məhkəməyə gətirilərək dindirilməsini istəyir: "Lamiyə və Xatirə bir başa İlhamə Quliyevanın evində baş verən hadisənin bir başa şahidi olub. Hikmət Qasımov isə Mehriban Hüseynovanı bir polis kimi saxlayıb. Mehriban xanımın telefonu Hikmət Qasımovun iş otağında qalıb. O, da məzuniyyətdədir. Biz o telefonu istəyirik. Həmin telefonda Amilin nömrəsi var. Xahiş edirəm ki, adları çəkdiyim şəxslərin məhkəməyə gətirilib dindirilməsini təmin edəsiniz".

 

Prokuror vəsatətin təmin edilməməsini istəyib: "Həmin şəxslərin yeni ifadəsi Mehriban Hüseynovanın ittihamının dəyişdirməyəcək. Bunun heç bir əhəmiyyəti olmayacaq".

 

Hakimlər yerində müşavirə edərək vəsatəti qismən təmin edib. Bildirib ki, adları və yerləri dəqiq olan şəxslər məhkəməyə gətirilərək ifadə verəcək. Proses oktyabrın 25-də davam edəcək.

 

Qeyd edək ki, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.


Tags:  İlhamə Quliyevanın köməkçisinin məhkəməsində YENİ ŞAHİDLƏR


RƏYLƏR


Top news