"Gec-tez komanda uduzmalı idi"

"Gec-tez komanda uduzmalı idi"
15:52 5 Yanvar 2015
240 İdman
Ölkə mətbuatı
A- A+

La Liqanın 17-ci turunda "Valensiya"ya uduzan "Real Madrid"in 22 oyunluq qələbə seriyası qırılmış oldu. "Yarasalar" isə 2009-cu ildən sonra ilk dəfə "kral klubu"nu evə əliboş yola saldı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra fikirlərini media ilə bölüşən "Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın gec-tez məğlubiyyətlə üzləşməyə məcbur olduğunu deyib.
 
"Biz pis oynamadıq və yenilgini haqq etmirdik. Xal qazanmaq üçün daha bir top vurmaq mümkün olmadı. Bu gün qol imkanlarımızdan istifadə edə bilmədik. Son 22 görüşdən qələbə ilə ayrılmışıq. Amma nə vaxtsa bu uğurlu seriya qırılmalı idi. Matçda hakimlik yaxşı idi. Rəqib öz oyununu göstərə bildi. "Valensiya" öz meydanında sona qədər mübarizə apardı. "Atletiko" ilə növbəti oyunda komanda özünü yaxşı tərəfdən göstərməyə çalışacaq".
 
Qeyd edək ki, "Real Madrid"lə yanaşı, "Barselona" da 17-ci turu məğlubiyyətlə başa vurub. Katalonlar "Real Sosyedad"a 0:1 hesabı ilə uduzublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR