Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi? - TƏFƏRRÜAT

Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi? - TƏFƏRRÜAT

Date: 18 October 2016 12:34

 

“Mxitaryan israrla bizdən təkzib verməyi tələb edirdi. Düzdür, özüylə gətirdiyi OMON-çular heç nəyə müdaxilə etmirdilər. Amma bütün hallarda redaksiyaya OMON çağırılması yaxşı hal deyildi”.

 

Bu sözləri Lent.az-a açıqlamasında “Rosbalt” İnformasiya Agentliyinin sözçüsü Yelena Solovyova bildirib. Xanım Solovyovanın dediyinə görə, iki gün əvvəl “Rosbalt”da “Qanuni oğru Sergey Bentli ona borclu olan şəxsin sarayını yandırıb” başlıqlı yazı yayımlanıb: “Saray siz bildiyiniz anlamda deyil. Söhbət həyətdəki köməkçi otaqdan gedir. Amma söhbətin mahiyyəti isə tamam başqadır”.

 

Söhbət ondan gedir ki, qanuni oğru Sergey Asatryan 1,2 milyon dollarlıq mənimsəmədə ittiham edilir.

 

Sergey Bentli kimi tanınan gənc qanuni oğrunun dayısı Artur Baqdasaryanla ümumi tanışları Karen Mxitaryan arasında 1.2 milyon dollarla bağlı münaqişə yaranıb. Baqdasarayan Mxitaryana bu məbləği borc verib. O, qaytarmaq istəməyib. Dayısı bu barədə gənc “oğru”ya danışıb. Gənc qanuni oğru qarşı tərəfi təhdid edərək dayısı ilə olan mübahisəyə son qoyaraq 1,2 milyon dolları ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb. Sergey Bentli və dayısına qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən cinayət işi açılıb.

 

Yelena Solovyovanın dediyinə görə, onlar yazının müəllifi Yuri Yerşovu axtarırdılar. “Əslində onları daha çox bu eksklüziv məqalənin sayta necə yol tapması maraqlandırırdı.

Biz onlara dedik, bunun sivil yolu var: məhkəmə. Amma Mxitaryan israrla məqalə müəllifini tələb edirdi və bu gün yenidən gələcəyini bildirdi. O ki qaldı təkzibə və ya materialın saytdan çıxarılmasına, bundan söhbət gedə bilməz”, deyə xanım Solovyova bildirdi.


Tags:  Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi TƏFƏRRÜAT


RƏYLƏR


Top news