Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

Date: 18 October 2016 12:35

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 1 iyul 2016-cı il tarixində elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub.
 
Kompleks ekspertizaya təqdim olunmuş 112 layihədən 61-i müsbət rəy alıb.
 
Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcəkdir. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
 
Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim edilib. 



Tags:  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub


RƏYLƏR


Top news