Xalq artisti Rusiyada konsert verəcək

Xalq artisti Rusiyada konsert verəcək
12:37 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə Rusiya Federasiyasının Vladimir Vilayəti Klassik Musiqi Mərkəzində V.Motsartın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Murad Adıgözəlzadə Rusiya Federasiyası Vladimir Vilayəti Qubernator Simfonik Orkestri və Mixail Lidski (fortepiano) ilə birgə çıxış edəcək. 

Oktyabrın 20-də isə müvafiq konsert P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında davam edəcək. Bu barədə məlumat Moskva Dövlət Konservatoriyasının saytında da yer alıb.

Hər iki konsertə Artyom Martin dirijorluq edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/480642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR