Böyük Britaniyada parlament binasında zorlamada şübhəli bilinən şəxs həbs edilib

Böyük Britaniyada parlament binasında zorlamada şübhəli bilinən şəxs həbs edilib
12:37 18 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Böyük Britaniyada parlamentin iclaslarının keçirildiyi Vestminster sarayı ərazisində qadını zorlamaqda şübhəli bilinən şəxs həbs edilib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə London polisi məlumat verib.
Polisin məlumatına görə, hadisə oktyabrın 14-də səhər baş verib. "İnsidentlə bağlı şübhəli bilinərək elə həmin gün saxlanılan 23 yaşlı şəxs deputat deyil. O, istintaq davam edərkən gələn il yanvarın ortalarına qədər həbsdə qalacaq", - Skotlend Yarddan bildiriblər.
Müstəntiqlər zərər çəkmişin və şübhəli şəxsin adlarını açıqlamayıb. Lakin Britaniya mediası parlamentin üzvü Kreyq Makkinleyin köməkçisinin saxlanıldığını yazıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/boyuk-britaniyada-parlament-binasinda-zorlamada-sabheli-bilinen-sexs-hebs-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR