Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Suyun çəkilməsinə polislər də cəlb olundular - FOTO

Suyun çəkilməsinə polislər də cəlb olundular - FOTO

Date: 18 October 2016 12:37

Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. İki gündür aramsız yağan yağış isə paytaxtın bir sıra küçə və prospektlərində həm su gölməçələrinin yaranmasına, həm də nəqliyyatın sıxlığına səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, həmin küçələrdən biri də Zabrat qəsəbəsində yerləşir. Artıq səhər saatlarından küçələrin sudan təmizlənməsi istiqamətində işə başlanılıb. İşə icra nümayəndələri ilə yanaşı, Sabunçu rayon 15-ci polis bölməsinin əməkdaşları da cəlb olunublar. Onlar su çəkən maşınlarla qəsəbəyə dönən yollardakı mərkəzi küçələri təmizləməyə başlayıblar.

Artıq hadisə yerinə digər qurumların əməkdaşları da gəliblər.

Hadisə yerindən fotoları təqdim edirik:

Milli.Az








Tags:  Suyun çəkilməsinə polislər cəlb olundular FOTO

RƏYLƏR


Top news