Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah 10-15 dərəcə şaxta olacaq

Sabah 10-15 dərəcə şaxta olacaq

Date: 18 October 2016 12:38

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, gündüz 10-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.

Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 19-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz görə, oktyabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdlü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havanın üstünlüyü və iqlim normasından xeyli aşağı temperatur şəraiti bəzi insanlarda narahatlılıq hissi yarada bilər.


Tags:  Sabah 10-15 dərəcə şaxta olacaq

RƏYLƏR


Top news