Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına salındı - fotolar

Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına salındı - fotolar

Date: 18 October 2016 12:41

Müğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına salınıb.

Axşam.az-ın avtosfer.az-a istinadən məlumatına görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi «Dodge Durango» markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobili Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb.

Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıb. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib.

Müəyyən edilib ki, xanım müğənni sürət həddini aşmağa meyillidir. Belə ki, onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.

Xanım müğənninin bu avtomobili 143 min manata aldığı bildirilir.




Tags:  Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına salındı fotolar

RƏYLƏR


Top news