Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyonçu plastik cərrahın evi uçdu - FOTO

Milyonçu plastik cərrahın evi uçdu - FOTO

Date: 18 October 2016 12:42

Britaniyanın ən məşhur plastik cərrahlarından biri, milyonçu Sid Qautamın Kardiff şəhəri yaxınlığındakı Penart şəhərciyində yerləşən malikanəsi uçub.

Milli.Az The Sun-a istinadən bildirir ki, Uelsdəki malikanənin uçma səbəbi cərrahın bu evin zirzəmisini genişləndirmək, faktiki olaraq yeraltı mərtəbə inşa etdirmək istəyi olub.

Zirzəmi genişləndirilərkən binanın sütun divarlarından biri çatlayıb və 1 milyon funt-sterlinq dəyərində malikanə uçub.

Kardiff Şəhər Şurasından verilən məlumata görə, Qautamın 13 qonşusu bu tikinti işləri başlayanda kəskin etirazlarını bildirmiş, bələdiyyəyə şikayətlənmişdi.

Bələdiyyə Qautama xəbərdarlıq etsə də, cərrah bu xəbərdlarlıqlara məhəl qoymamışdı.

Milli.Az










Tags:  Milyonçu plastik cərrahın evi uçdu FOTO

RƏYLƏR


Top news