Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Maşallah Əhmədova görə 9 ay həbs yatdım" - Məhkəmə

"Maşallah Əhmədova görə 9 ay həbs yatdım" - Məhkəmə

Date: 18 October 2016 12:44

Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəməsi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakim jurnalistləri zaldan kənarlaşdırıb. O, bildirib ki, bu işlə bağlı məhkəməyə redaksiya tapşırığı təqdim edilməlidir. Hakim redaksiya tapşırığın nə olduğunu deməyib: "Əgər siz redaksiya tapşırığının nə olduğunu bilmirsinizsə sizin jurnalistliyinizə şübhə ilə yanaşıram". Prosesdə ittiham aktı elan edilib. Maşallah Əhmədov özünü təqsirli bilməyib. Zərərçəkmiş Sərxan Hüseynov və Yusif Əzizov ifadə verib. S.Hüseynov M.Əhmədova 15 min dollar verdiyini deyib: "Həmin pulu bankdan götürmüşdüm. Banka geri qaytara bilmədiyim üçün mən 9 ay həbsdə yatdım, sonra azadlığa çıxdım. Pulumu hələ də ala bilmirəm. Həmin vaxt Maşallah Əhmədov İrana qaçmışdı".

 

Digər zərərçəkən Yusif Əzizov isə pulunun qaytarılmasımı istəyib. Hər iki şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib. Proses oktyabrın 25-nə təyin edilib.

 

Qeyd edək ki, M.Əhmədov keçən il Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Veteran futbolçu barəsində M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb. Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.


Tags:  Maşallah Əhmədova ay həbs yatdım Məhkəmə


RƏYLƏR


Top news