Bakıda beynəlxalq HR forumu keçiriləcək

Bakıda beynəlxalq HR forumu keçiriləcək
12:47 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” şirkətinin təşkilatçılığı ilə noyabrın 11-də Bakıda “İnsan resursları forumu-Bakı 2016” adlı beynəlxalq forum keçiriləcək.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “Report”a verilən məlumata görə, builki forumun əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr ediləcək: "Məqsəd insan resursları idarəçiliyi sahəsində beynəlxaq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir".
Forum iki paneldən ibarət olacaq və bu forumda 10 spiker, o cümlədən beynəlxaq təşkilatların nümayəndələri çıxış edəcəklər. Forumun əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan rəhbər şəxslərdir.
Tədbirdə spiker qismində tanınmış yerli (SOCAR, “Deloite Azerbaijan”, “Azercell” və s.) və beynəlxalq qurumların (“Adler Central Europe”, “TMA Method International”, “Kare HR Consultacy”, “Korn Ferry Hay Group” və s.) rəhbərləri, eləcə də HR strukturları üzrə rəhbərləri, HR sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər iştirak edəcəklər. Forumda 300 nəfər iştirak edəcək.
Qeyd edək ki, artıq ikinci dəfə keçiriləcək forum “PAŞA Həyat Sığorta”nın təşkil etdiyi sosial bir layihə kimi insan resurslarının idarə edilməsi sahəsində Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkənin biznes sektorunda idarəetmənin inkişafına dəstək olmaq məqsədi daşıyır. Ötən il də forumda 300-dən çox peşəkar HR mütəxəssisin iştirakı təmin edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakida-beynelxalq-hr-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR