Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

DGK: İdxal rüsumlarının artırılması daxili bazarı qoruyacaq

DGK: İdxal rüsumlarının artırılması daxili bazarı qoruyacaq

Date: 18 October 2016 12:52

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda idxal zamanı ərzaq məhsulları üçün gömrük rüsumlarının artırılması daxili bazarın qorunması məqsədilə həyata keçirilir. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
"Ərzaq məhsullarının idxalı zamanı gömrük rüsmlarının artımı daxili bazarın qorunması məqsədilə həyata keçirilir. Rüsum tətbiq edilən malların çeşidi ilə tanış olsaq, görərik ki, bu, əsasən meyvə-tərəvəz, şirələr, həmçinin alkoqolsuz içkilər və tikinti materiallarıdır. Rüsumların tətbiqi qiymət artımına gətirib çıxarmayacaq, əksinə, daxili bazarda istehsalı qoruyacaq və inkişaf etdirəcək", - deyə A.Əliyev bildirib.
Bu təklifin Dövlət Gömrük Komitəsi də daxil olmaqla bir neçə təşkilat tərəfindən irəli sürüldüyünü deyən A.Əliyev qeyd edib ki, Azərbaycanda idxal əməliyyatları zamanı quş əti və quş əti məhsulları, həmçinin yumurta və s. rəqəm olaraq böyük yer tutmur: "Amma daxili bazarın qorunması ilə bağlı bu qərar bizə lazım idi. Ötən il Rusiya ilə birgə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz"in tətbiqinə dair sənəd imzaladıq. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyi proqramı yerinə yetirilməlidir. Eyni zamanda, Azərbaycanda kənd təsərrüfatı məhsulları ixrac yönümlü məhsullardır, nəinki Rusiya, eləcə də MDB məkanında yaxşı tanınır. Bu sahənin inkişafı üçün şərait yaradılmalıdır".

Tags:  DGK İdxal rüsumlarının artırılması daxili bazarı qoruyacaq

RƏYLƏR


Top news