Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

Date: 18 October 2016 12:52

Kimliyi indiyə qədər erməni ictimaiyyəti tərəfindən bilinməyən "L.Galadjian" adlı sosial şəbəkə istifadəçisi eks-müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzannanın arzusunun ürəyində qalması, onun "birinci ledi" xəyalının puç olması və bunun Serj Sərkisyanın həyat yoldaşı Rita ilə bağlılığının gizlinlərini açıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni KİV və sosial şəbəkələrində yayılan bu xəbər bütün Ermənistanda qarışıqlığa səbəb olub.
 
Sosial şəbəkənin "Lusine Galadjian" adlı istifadəçisinin öz səhifəsində paylaşdığı yazı ilk başda profilin kimə məxsus olduğunu və söhbətin nədən getdiyini bilməyən erməni istifadəçilər üçün maraq doğurub.
 
Araşdırmalarından sonra "L.Galadjian"ın kimliyi məlum olub və onun  Ermənistanın yeni təyin edilmiş müdafiə naziri Vigen Sərkisyanın həyat yoldaşı olduğu üzə çıxıb.
 
Erməni KİV nümayəndələri mövzunu öyrənmək üçün onunla əlaqə saxlamağa çalışsalar da, onlara "L.Galadjian"ın hazırda Los-Ancelesdə olduğu bildirilib.

Milli.Az


Tags:  Sərkisyanın arvadı Ermənistanı qarışdırdı

RƏYLƏR


Top news