Azərbaycan Prezidenti: "Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq"

Azərbaycan Prezidenti: "Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq"
12:57 18 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə kompromis mümkündür, region muxtar respublika ola bilər".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib.
"Ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların sərbəst yaşayışının, özünü idarə etməsinin təmin edilməsi, Azərbaycan tərəfdən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki ölkə arasında dinc qarşılıqlı münasibətlərin qurulması. Münaqişənin həlini bax belə görürük", - deyə o bildirib.
Eyni zamanda, İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir kompromis ola bilməz: "Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq".

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycan-prezidenti-dagliq-qarabaga-musteqillik-verilmesine-hec-vaxt-razi-olmayacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR