Məşhur futbol klubu amerikalı biznesmenə satıldı

Məşhur futbol klubu amerikalı biznesmenə satıldı
12:58 18 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Fransa çempionatında heç də yaxşı dövrünü yaşamayan “Marsel” keçmiş günlərini qaytarmaq üçün ciddi addım atıb.

Publika.az xəbər verir ki, klub rəsmən ABŞ-lı iş adamı Frank Makkurta satılıb. Bu haqda klubun sabiq rəhbəri rus əsilli iş qadını Marqarita Luis-Dreyfus məlumat verib. Ancaq sövdələşmənin maliyyə tərəfləri açıqlanmayıb.

63 yaşlı Makkurt əvvəllər “Los-Anceles Dodgers” beysbol klubunun sahibi olub. O, ötən mövsümü Liqa-1-də 13-cü yerdə tamamlayan və cari mövsümdə də turnir cədvəlinin ortalarında məskunlaşan “Marsel”i əvvəlki günlərinə qaytarmaq üçün lazımi güclərinin olduğunu bildirib.

Yeni prezident kluba 200 milyon avro vəsait ayıracaq.

Çempionlar Liqasında qalib gələn (1993) yeganə Fransa klubu olan “Marsel” 9 dəfə ölkə çempionluğu yaşayıb.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/172595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR