“Döyüşlərin növbəti mərhələsi Türkiyədə baş verəcək” - TƏHDİD

“Döyüşlərin növbəti mərhələsi Türkiyədə baş verəcək” - TƏHDİD
13:03 18 Oktyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) yaxın düşüncə quruluşlarından olan Atlantik Şurasının Yaxın Şərq üzrə mütəxəssisi Aaron Steyn Türkiyəni təhdid edib.

Publika.az xəbər verir ki, ekspert “The Atlantic” nəşrində dərc etdirdiyi yazısında Türkiyə ordusu və Azad Suriya Ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatını qiymətləndirib.

O, Türkiyə ordusunun İŞİD-lə döyüşünün növbəti mərhələsindəki qarşıdurmaların Türkiyə tərəfində baş verəcəyini bildirib. Aaron Steyn İŞİD-in Türkiyə daxilində hələ də aktiv olduğunu və bu təşkilatın kökünü kəsə biləcək bütün ordu və təhlükəsizlik səlahiyyətlilərinin həbs olunduğunu iddia edib.

Mütəxəssis kəşfiyyatın Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan əməliyyatlardan sonra zəiflədiyini bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/172588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR