"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" qapıçısı Cessi Moulinlə müqaviləni yeniləyib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı qapıçı ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.
Qeyd edək ki, C.Moulin 2008-ci ildən "Sent-Etyen"də çıxış edir.
Milli.Az