Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına salındı - FOTO

Azərbaycanlı müğənninin avtomobili cərimə meydançasına salındı - FOTO
13:12 18 Oktyabr 2016
124 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına salınıb. 

Milli.Az-ın avtosfer.az-a istinadən məlumatına görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi "Dodge Durango" markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobili Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb. 

Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıblar. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib. 

Müəyyən edilib ki, xanım müğənni sürət həddini aşmağa meyillidir. Belə ki, onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.

Xanım müğənninin bu avtomobili 143 min manata aldığı bildirilir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/480674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR