Abşeronda qonşusunu avtomobillə vuraraq öldürən şəxs tutulub

Abşeronda qonşusunu avtomobillə vuraraq öldürən şəxs tutulub
13:17 18 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda "Ford" markalı yük avtomobili ilə qonşusunu vuraraq öldürən sürücü tutulub.
"Report" xəbər verir ki, hadisəni Mehdiabad qəsəbə sakini 23 yaşlı Sənan Cəfərov törədib. 
Qeyd edək ki, oktyabrın 17-də Abşeron rayon sakini S.Cəfərov idarə etdiyi avtomobil ilə gətirdiyi şəxsi bir dəqiqə keçməmiş vuraraq öldürüb. Belə ki, S.Cəfərov "Ford" markalı yük avtomobili ilə gətirdiyi 1965-ci il təvvəllüdlü Mirzəyev Hafiz Budaq oğlunu küçədəki marketin yaxınlığında düşürüb. H.Mirzəyev marketə daxil olub, dərhal da çıxıb. Bir dəqiqə əvvəl onu avtomobillə gətirən qonşusu isə H.Mirzəyevi ehtiyatsızlıqdan avtomobillə vurub.
Ağır yaralanan H.Mirzəyev sakinlərin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
"Ford" markalı avtomobilin sürücüsü S.Cəfərov H.Mirzəyevin qonşusudur və o, hadisədən sonra şok keçirib. 
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/abseronda-qonsusunu-avtomobille-vuraraq-olduren-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR