Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İraq və Türkiyə arasında Başika hərbi bazası ilə bağlı danışıqlar başlayıb

İraq və Türkiyə arasında Başika hərbi bazası ilə bağlı danışıqlar başlayıb

İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarətə götürdü (07 Mart 2017 13:22)
İŞİD-in yeraltı bazası tapıldı - FOTO (02 Mart 2017 10:27)
İraq Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başladı (24 Fevral 2017 23:28)

Tarix: 18 Oktyabr 2016 13:22

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bu həftə ərzində İraqdan Türkiyəyə nümayəndə heyəti gələcək".
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Heyət həftənin sonunadək, cümə axşamı da gələ bilər. Bu işi danışıqlar yolu ilə həll etmək üçün iki tərəfdə də iradə var", - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, İraq Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Türkiyə isə orada beynəlxalq hüquq normaları çərçivəsində mövcudluğunu bildirir.
Xatırladaq ki, oktyabrın 17-də Türkiyə Xarici İşlər Nazirliyindən nümayəndə heyəti Başika məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Bağdadda səfərdə olub.

Teqlər:  İraq Türkiyə arasında Başika hərbi bazası bağlı danışıqlar başlayıb



RƏYLƏR


Top xəbərlər