Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qəbələ"nin rəqibi qapıçısını itirdi

"Qəbələ"nin rəqibi qapıçısını itirdi

Date: 18 October 2016 13:27

Avropa Liqasının qrup mərhələsinin III tutunda "Qəbələ" ilə qarşılaşacaq Fransanın "Sent-Etyen" klubu ciddi problemlə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Liqa1-in son turunun "Dijon"la görüşündə zədələnən Cessi Moulinin durumu hələ də qeyri-müəyyəndir.

Həkimlər qolkiperin oktyabrın 20-də keçiriləcək matçda iştirakı ilə bağlı qəti söz deyə bilmirlər. 9 ildir "Sent-Etyen"in qapısını qoruyan 30 yaşlı əlcək sahibinin olmaması ehtimalını görən baş məşqçi Kristof Qaltye gənclərin ümidinə qalıb.
 
Çalışdırıcı 20 yaşlı Aleksis Guenduz və 18 yaşlı Antoni Maysonialı "Qəbələ"ylə matça hazır vəziyyətə gətirməyə çalışır. Əgər həkimlər əsas qapıçının meydana çıxmasına nail olmasalar, 2 gündən sonrakı görüşdə məhz bu gənclərdən biri yer alacaq.
 
Qeyd edək ki, "Sent-Eryen" - "Qəbələ" matçı "Stad Coffrua Qişar" stadionunda keçiriləcək.

Milli.Az


Tags:  Qəbələnin rəqibi qapıçısını itirdi

RƏYLƏR


Top news