Putin Böyük Rusiya yaradır

Putin Böyük Rusiya yaradır
15:56 5 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

"Putinin aləmində təsadüflər yoxdur və o, düşünülmüş sxem üzrə hərəkət edir. O, Böyük Rusiya yaratmaq niyyətindədir. Buna görə də Putin Avropanın birliyini pozmağa çalışır. Avropa ölkələri arasında mədəniyyət və iqtisadiyyat fərqi isə onun işini asanlaşdırır".

ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində Polşa bankının baş direktoru Maçey Enceyak deyib.

"Bununla belə, iqtisadi sanksiyalar Rusiya üçün ciddi problemə çevrilib və ölkə indi durğunluq dövrünü yaşayır. Hələ 1985-ci ildə Səudiyyə Ərəbistanı neft çıxarılmasını 5 dəfəyədək artırmışdı. Nəticədə SSRİ öz neftini bazar qiymətindən çox aşağı satdı ki, heç olmasa müəyyən qədər borclarını ödəyə bilsin. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə belə işbirliyi SSRİ-ni "boğdu". Görünür, indi də Rusiyaya qarşı həmin ssenari tətbiq edilir", - deyə iqtisadi ekspert bildirib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiyanı çox sıxışdırmaq da olmaz. "Çünki əgər Putin "küncə sıxışdırılsa" və heç bir çıxış yolu olmasa, onun fəaliyyəti çox təhlükəli ola bilər. Onun özü də artıq başa düşür ki, kassadakı ehtiyatları tezliklə tükənə bilər. Buna görə də o, biznesmenləri Rusiyaya geri çağırıb. Amma görünür, 1-2 nəfərdən başqa Rusiyaya qayıdan olmayacaq. Çünki xarici ölkələrdə Rusiya biznesmenlərinə arxalanan "özəl bankçılıq"da heç bir azalma müşahidə edilməyib".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR