Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Buna çox güvənirəm" - Müşviq Şahverdiyev

"Buna çox güvənirəm" -  Müşviq Şahverdiyev

Date: 18 October 2016 13:46

Xəbər verdiyimiz kimi, aktyor Müşviq Şahverdiyevin "Gizlənpaç" filmi noyabrın 12-dən etibarən tamaşaçıların ixtiyarına veriləcək.

Axşam.az-ın məlumatına görə, ekran işinin qala gecəsi noyabrın 11-də Nizami Kino Mərkəzində baş tutacaq. M.Şahverdiyev bildirib ki, filmin uğur qazanacağına inanır:

"Çəkilişlər zamanı çox böyük əziyyətlər çəkdik, çətinliklərlə üz-üzə gəldik, amma sonda meydana əla bir film çıxardıq. Çox iddialıyıq, gözəl filmdir. "Gizlənpaç"a ailəlikcə gəlib baxa bilərlər. Bu film mənə çox doğmadır. Digər iki filmimdən çox buna güvənirəm".

Qala gecəsinə biletlərin qiyməti 15 manatdır.

Qeyd edək ki, ekran işində M.Şahverdiyevlə yanaşı, İlkin Misgərli, Zarina Qurbanova və Səməd Səfiyarov rol alıblar. Romantik komediya janrında olan filmin rejissoru Elmir Süleymanovdur.


Tags:  Buna çox güvənirəm Müşviq Şahverdiyev

RƏYLƏR


Top news