Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kiprdə səfərdədir

Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kiprdə səfərdədir
13:52 18 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bir qrup deputatı Şimali Kipr Türk Respublikasında səfərdədir.
"Report" xəbər verir ki, nümayəndə heyətinə deputatlar Elman Nəsirov, Sevinc Hüseynova, Mahir Abbaszadə və Naqif Həmzəyev daxildir.
Onlar Şimali Kiprdə keçirilən Türk Dünyası birinci Gənclər Forumunun açılışında iştirak ediblər.
Milli Məclisin deputatları səfər çərçivəsində Şimali Kiprin "ADA" televiziyasının canlı efirinin qonağı olublar. Onlar son illərdə Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırıblar.
Azərbaycanlı deputatlar daha sonra Şimali Kipr Türk Respublikasının təsərrüfat və nəqliyyat naziri Kemal Durustlə göruşüblər. Eyni zamanda, Girne Amerikan Universitetinin sahibi Serhat Akpınarla birlikdə universitetlə yaxından tanış olublar.



Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-milli-meclisinin-bir-qrup-deputati-simali-kiprde-seferdedi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR