Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Evini yandıracağını deyib pulunu aldı

Evini yandıracağını deyib pulunu aldı

Date: 18 October 2016 13:52

Lənkəran sakininə qarşı quldurluq edilib.

Milli.Az bildirir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxs  rayonun Şilavar kənd sakini, 1965-ci il təvəllüdlü Ayaz Ağayevi evini yandıracaqları və qohumlarını öldürəcəkləri ilə hədələyərək ondan 340 manat pul alıb və əlavə olaraq 500 manat tələb edib.  
 
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin Şilavar kənd sakini, 1982-ci il təvəllüdlü Əhməd Hüseynov olduğu müəyyən edilib və o, saxlanılıb.  Ə. Hüseynovun yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az


Tags:  Evini yandıracağını deyib pulunu aldı

RƏYLƏR


Top news