Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin sabah müharibəyə son qoya biləcəkmi?

Putin sabah müharibəyə son qoya biləcəkmi?

Date: 18 October 2016 13:53

Ukrayna böhranının həlli üçün yaradılan “Normandiya dördlüyü”nün liderilər oktyabrın 19-da Berlində görüşəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüş barədə razılıq Ukrayna prezidenti Pyotr Poroşenkonun fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkellə telefon söhbəti zamanı əldə edilib.

Görüşdə həmçinin Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert deyib ki, danışıqların keçirilməsi haqqında təşəbbüslə Angela Merkel çıxış edib. Poroşenkonun mətbuat xidmətində bildiriblər ki, Berlindəki danışıqlar Rusiyanı Minsk razılaşmalarını yerinə yetirməyə vadar etməyə kömək edəcək.

Qeyd edək ki, “Normandiya dördlüyü” diplomatik qrupdur. Ona Rusiya, Ukrayna, Almaniya və Fransanın nümayəndələri daxildir. Donbas münaqişəsinin nizama salınması diplomatların əsas vəzifəsidir.

Bu formatda son görüş may ayında keçirilib. Tərəflər ATƏT-in xüsusi missiyasının səlahiyyətlərinin genişləndirilməsi məsələsini müzakirə ediblər.

Ömər Dağlı


Tags:  Putin sabah müharibəyə son qoya biləcəkmi


RƏYLƏR


Top news