Elxan Məmmədov Şeydayevin milliyə necə dəvət olunmasından danışdı

Elxan Məmmədov Şeydayevin milliyə necə dəvət olunmasından danışdı
13:57 18 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

"Biz 2015-ci ildə milliyə yeni baş məşqçi axtaranda komandaya namizəd 10 məşqçidən 6-sı bizim təklifi yalnız bir şərtlə qəbul edəcəkdilər. Onlar öz ölkələrində yaşamaq şərti ilə bizim təklifimizə "hə" deyirdilər. Ancaq Prosineçki belə deyildi. Biz ona təklif göndərəndə onun ilk  istəyi ailəsinin də bizim ölkəmizdə yaşaması oldu. Bu da bizi sevindirdi".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov Xəzər TV-də yayımlanan "Futbol Saatı" verlişində deyib. Qurum rəsmisi Ramil Şeydayevin milliyə necə dəvət olunmasından da danışıb:"Biz Aleksandr Səmədovla da danışdıq. O hər zaman bizə deyirdi ki, "mümkün deyil". Şeydayev isə hər dəfə bizə az da olsa ümid verirdi. O çox ağıllı oğlandır. O həmişə deyirdi ki, "1 ilimi itirmək istəmirəm". Şeydayev fikirləşdi və millimizdə oynamaqla bağlı qərarını verdi. Şeydayevə Rusiyada şans versəydilər, o, bu ölkənin əsas millisində oynayardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR