Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə prezidenti: "ABŞ-dakı dostlarımız bizdən yardım istədi"

Türkiyə prezidenti: "ABŞ-dakı dostlarımız bizdən yardım istədi"

Date: 18 October 2016 14:02

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Dünən ABŞ-dakı dostlarımız bizdən yardım istədi".
"Report" "Türkiyegazetesi"nə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-2017-ci il Ali Akademik Təhsil ilinin açılışı tədbirindəki çıxışında İraqda baş verənləri dəyərləndirərkən deyib.
O, Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən təmizlənməsinə toxunub: "İŞİD Dabıkla bağlı müxtəlif iddialar irəli sürürdü. Dabık tariximizdə çox əhəmiyyətli yer tutur. Həmin ərazini terrorçulardan təmizlədik. İndi əl-Baba (terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriyanın Hələb əyalətinin rayonu - "Report") doğru hərəkət edirik. Oranı da terrorçulardan təmizləyəcəyik. Şərqdə Münbiçdir. Biz koalisiya qüvvələrinə dedik ki, oranın 95 faizi ərəbdir. Orada "PYD" və "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları - "Report") yer yoxdur. Dünən (oktyabrın 17-də - "Report") ABŞ-dakı dostlarımız bizimlə əlaqə saxlayıb yardım istədi. Biz bunu əvvəldən söyləyirdik. Çünki həmin yerləri ən yaxşı biz tanıyırıq. "Rakkada nə edəcəyik?" dedilər. "Gəlin, birlikdə işləyək" dedik. Oranı da İŞİD-dən təmizləyərik. Bu istiqamətdə də müzakirələr aparılır. Kimsənin torpaqlarında gözümüz yoxdur. Kimsənin torpaqlarımızda gözü olmasın kifayətdir".

Tags:  Türkiyə prezidenti ABŞ-dakı dostlarımız bizdən yardım istədi

RƏYLƏR


Top news