Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda minik avtomobili istehsalı 75% azalıb

Azərbaycanda minik avtomobili istehsalı 75% azalıb

Betonqarışdıran minik avtomobili ilə toqquşdu: 5 ölü (27 Mart 2017 10:52)
Ucarda minik avtomobili yandı (26 Mart 2017 22:33)
Minik avtomobili yanıb (26 Mart 2017 21:37)

Tarix: 18 Oktyabr 2016 14:12

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 141 ədəd minik avtomobili istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% azalma deməkdir.
Bu il oktyabrın 1-nə 165 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı 386 ədəd, traktor istehsalı 709 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 54,4%, traktor istehsalı üzrə isə 5 dəfə artım qeydə alınıb.
Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 190,9 mln. manatlıq məhsul istehsal edilib.
Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Teqlər:  Azərbaycanda minik avtomobili istehsalı 75 azalıb



RƏYLƏR


Top xəbərlər