UEFA Çexiya klubunu cəzalandırdı

UEFA Çexiya klubunu cəzalandırdı
14:17 18 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

UEFA-nın İntizam Komitəsi Çexiyanın "Sparta" (Praqa) klubunu cəzalandırıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, Avropa futbol qurumunun qərarına əsasən, Praqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda İsrail "Hapoel"i (Beer Şeva) ilə görüşdə ən çox azarkeş kütləsi olan tribunaları bağlayacaq.

Buna səbəb K qrupunda İtaliya "İnter"i ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsidir. Analoji hal təkrarlanacağı halda tirbunaların ümumiyyətlə bağlanacağı bildirilib.

Qeyd edək ki, "Sparta" noyabrın 3-də "Hapoel"lə qarşılaşacaq. Sentyabrın 29-da "İnter"lə baş tutmuş görüş 3:1 hesabı ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR