Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Özünü FHN polkovniki kimi təqdim edən şəxsə hökm oxunub (14 Mart 2017 12:52)
Qubada bacanağını öldürən şəxsə hökm oxunub (14 Mart 2017 11:52)
Vətəndaşları aldadan vəkilə hökm oxundu (10 Mart 2017 14:27)

Tarix: 18 Oktyabr 2016 14:17

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən Sahil Babalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Babalıyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlüSahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 1975-ci il təvəllüdlü Şəhla Babalıyevanı bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Babalıyev tutulub.

Teqlər:  Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub



RƏYLƏR


Top xəbərlər