Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arvadını bıçaqlayana 4 İL 6 AY HƏBS

Arvadını bıçaqlayana 4 İL 6 AY HƏBS

Date: 18 October 2016 14:19

 

Münaqişə zəminində arvadını bıçaqlamaqda təqsirləndirilən Sahil Babalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S.Babalıyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Sahil Babalıyev yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı, 1975-ci il təvəllüdlü Şəhla Babalıyevanı bıçaqlayıb.

 

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Babalıyev tutulub.


Tags:  Arvadını bıçaqlayana İL AY HƏBS


RƏYLƏR


Top news