Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Opera və Balet Teatrında "Şah İsmayıl" tamaşası

Opera və Balet Teatrında "Şah İsmayıl" tamaşası

Tətildə uşaqları hara aparaq? – YERLƏR, QİYMƏTLƏR (20 Mart 2017 17:53)
"İl Tabarro" Opera və Balet Teatrında (15 Mart 2017 18:05)
Opera və Balet Teatrında "Arşın mal alan" tamaşası göstəriləcək (09 Mart 2017 20:57)

Tarix: 18 Oktyabr 2016 14:42

Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Teatrın solisti, Azərbaycan Respublikasının xalq Artisti, prezidentin fəxri təqaüdçüsü Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa - Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası keçiriləcəkdir.

Milli.Az xəbər verir ki, yubilyar bu tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcəkdir.

Uzun illər Opera və Balet Teatrının aparıcı solisti olan Şahlar Quliyev teatrın səhnəsində həm milli, həm də klassik tamaşalarda unudulmaz rollar yaratmışdır. "Koroğlu"da Həsən xan, Eldar, "Leyli və Məcnun"da Nofəl, "Arşın mal alan"da Süleyman, "O olmasın, bu olsun"da Qoçu Əsgər, "Natəvan"da Qasım bəy Zakir, "Aida"da Amonasro, "Karmen"də Eskamilio və s.

Noyabrın 2-də baş tutacaq tamaşada "Şah İsmayıl" rolunu əməkdar artist Təyyar Bayramov, Gülzar rolunu əməkdar artist Fəridə Məmmədova, Ərəbzəngi partiyasını isə Afaq Ağayeva ifa edəcəklər.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Milli.Az


Teqlər:  Opera Balet Teatrında Şah İsmayıl tamaşası



RƏYLƏR


Top xəbərlər