Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov maldivli həmkarı ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib

Elmar Məmmədyarov maldivli həmkarı ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib

Elmar Məmmədyarov Litvaya səfər edəcək (15 Mart 2017 20:57)
Elmar Məmmədyarov Litvaya səfər edəcək (15 Mart 2017 20:43)
Cəbhə xəttində nə baş verir? (12 Mart 2017 23:18)

Tarix: 18 Oktyabr 2016 14:47

İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının 43-cü iclasında iştirak etmək məqsədilə Daşkənddə işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Maldivin xarici işlər naziri Məhəmməd Asim ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, XİN-dən verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Maldiv arasında siyasi, iqtisadi və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığa toxunan tərəflər seçkili orqanlarda namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə tərəf-müqabilləri eləcə də İƏT-in xarici işlər nazirləri şurasının gündəliyi və qarşılıqlı maraq doğuran regional məsələlər barədə söhbət aparıblar.

Milli.Az


Teqlər:  Elmar Məmmədyarov maldivli həmkarı beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edib



RƏYLƏR


Top xəbərlər