Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Rəvan”ı “Bayıl Arena”dan qovdular - ÖZƏL

“Rəvan”ı “Bayıl Arena”dan qovdular -   ÖZƏL

Date: 18 October 2016 14:57


I divizionda mübarizə aparan “Rəvan” klubu çıxılmaz vəziyyətdədir. Fanat.Az xəbər verir ki, bir neçə gün öncə, cüzi məbləğə bu klubda oynamağa razı olan futbolçular maaşlarını ala bilmədikləri üçün məşqə çıxmaqdan imtina ediblər.


Klub rəhbərliyi pulların ödəniləcəyini vəd edərək, problemi müvəqqəti aradan qaldırsa da, “Rəvan” daha bir xoşagəlməz sürprizlə üzləşib.


Belə ki, paytaxt klubu uzun müddətdir icarə haqqını ödəmədiyi üçün “Bayıl Arena”dan qovulub. Komanda bundan sonra Qaraçuxur qəsəbəsində yerləşən bazasında, standartlara cavab verməyən meydançada məşq edəcək.


AFFA “Rəvan”a yalnız “Bayıl Arena”da rəsmi matçlarını keçirmək üçün icazə verib.   


Fanat.Az


Tags:  Rəvanı Bayıl Arenadan qovdular ÖZƏL

RƏYLƏR


Top news