Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Survivor"un ulduzu Türkiyə xalqını təhqir edib

"Survivor"un ulduzu Türkiyə xalqını təhqir edib

Date: 18 October 2016 14:59

 

Türkiyənin məşhur "Survivor" proqramında məşhurlaşan "Avatar" ləqəbli boksçu Atakan qalmaqallı videosu yayılıb.

Lent.az-ın odatv.com-a istinadən məlumatına görə, sosial mediada yayılan videoda məşhur boksçu  türk xalqını təhqir edib. Belə ki, qulaqcıqla musiqi dinləyən boksçuya dostu “burdan Türkiyə xalqına nə deyərdin” sualına “hamısının...” belə olsun cavabı verib.

 

Video yayıldıqdan sonra sosial mediada qalmaqal yaşanıb. "Avatar" Atakan açıqlama yayaraq bunun özünə qarşı təxribat olduğunu deyib: “Video bir neçə il bundan qabaq çəkilib. O videoda mən xalqımı təhqir edirəm kimi səslənsə də bu, belə deyil. İllərlə Türkiyə bayrağını zirvələrə qaldırmışam, bunun üçün mübarizə aparmışam. Bunu yayan şəxslə və saxta profillərlə bağlı artıq hüquq-mühafizə orqanlarına şikayət etmişəm”.

 


Tags:  Survivorun ulduzu Türkiyə xalqını təhqir edib


RƏYLƏR


Top news